Daha bir şadlıq sarayının sahibi həbs olunub
Tarix: 22-01-2022 18:21 | Bölmə: Cəmiyyət
Daha bir şadlıq sarayının sahibi həbs olunub

Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Göytəpə şəhəri ərazisində yerləşən “Yaşar” şadlıq sarayında təşkil edilən şənlik mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Aşkarlanan hallarla bağlı həmin şadlıq sarayının sahibi İltizam Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər