Dünyada antipeyvənd təbliğatını 12 nəfər aparıb - İllik gəlirləri 35 milyon dollardan çoxdur
Tarix: 22-01-2022 20:14 | Bölmə: Cəmiyyət
Dünyada antipeyvənd təbliğatını 12 nəfər aparıb - İllik gəlirləri 35 milyon dollardan çoxdur

“Sosial şəbəklərdə peyvəndlənmənin zərəri barədə yayılan informasiyanın 70 faizini cəmi 12 nəfər dərc etdirir. Onlar internetdə ictimai rəyi formalaşdıran liderlərdir, əksəriyyəti “böyük gəlirlərə malik” müəssisə və ya təşkilatların rəhbəridir”.

“Kommersant” portalının yaydığı xəbərə görə, bu maraqlı fakt Britaniyanın qeyri-hökumət təşkilatı Rəqəmsal nifrətə müqavimət Mərkəzinin (Centre for Countering Digital Hate - CCDH) hesabatında yer alıb.

CCDH 2021-ci ilin yanvar-mart ayları ərzində Facebook-da yayılmış 483 məlumatı analiz edib. Bu postlardakı informasiyalar sosial şəkədə nə az, ə çox, 689.404 dəfə titajlanıb.

Britaniya QHT-sinin məlumatına görə, bu tip xəbərləri yayan adamlar özlərini tez-tez həkim, sahənin mütəxəssisi, yaxud siyasətçi adlandırırmış. Koronavirusa qarşı peyvənd əleyhdarlarının auditoriyası 62 milyondan çox abunəçini əhatə edirmiş.

Hesablamalara görə, “antipeyvənd sənayeçilərinin” illik gəliri minimum 35 milyon dollar həcmində qiymətləndirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər