Bakı şəhər İcra Hakimiyyətində növbəti struktur islahatı aparılıb
Tarix: 24-01-2022 12:09 | Bölmə: Cəmiyyət
Bakı şəhər İcra Hakimiyyətində növbəti struktur islahatı aparılıb

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin strukturu ləğv edilib. İdarənin balansında olan bütün bağçalar Təhsil Nazirliyinə təhvil verilib.

Məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi iki qurumla əvəzlənib. Ayrıca Dini qurumlarla iş şöbəsi yaradılıb.

İdarənin balansında olan 3 uşaq evi İctimai-siyasi, humanitar məsələlər şöbəsinə həvalə edilib. Şöbənin müdiri Elmin İmanovdur.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov rəsmən vəzifəsiz qalıb/Qaynarinfo




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər