Bakıda "Azərsu" ASC-nin adı ilə dələduzluq edən şəxs axtarılır
Tarix: 24-01-2022 12:49 | Bölmə: Cəmiyyət
Bakıda "Azərsu" ASC-nin adı ilə dələduzluq edən şəxs axtarılır

Bakının Səbail rayonu ərazisində özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

Reyting.az
ASC-yə istinadla xəbər verir ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən, “Azərsu” ASC-yə məxsus geyimdə olan həmin şəxs M.Hüseyn küçəsindəki geyim mağazasında su sayğacının düzgün quraşdırılmadığını obyekt sahibinə bildirərək onun yuyulub təmizlənməsi və düzgün quraşdırılmasına görə 80 manat tələb edərək, həmin məbləği alıb:

"Həmin şəxslə təkrar əlaqə yaratmaq istədikdə isə onun təqdim etdiyi telefon nömrəsinin işləmədiyi məlum olub. Bundan sonra obyekt sahibi məsələ ilə bağlı “Azərsu” ASC-nin Səbail rayon sukanal idarəsinə müraciət edib. Aşkar olunmuş hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

“Azərsu” bir daha abonentlərin diqqətinə çatdırır ki, ASC əməkdaşlarından vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə və yerli sukanal idarələrinə məlumat versinlər.

Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə, qeyri-əhali abonentləri texniki şərtə və sayğacların quraşdırılmasına görə ödəmələri azersu.az saytı, e-su.az portalı, bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər".




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər