Bakıda polis əməliyyatı: daha 11 nəfər tutulub
Tarix: 24-01-2022 14:33 | Bölmə: Cəmiyyət
Bakıda polis əməliyyatı: daha 11 nəfər tutulub

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, əməliyyatla Anar Göyüşov, Zeytun Məmmədov, Anar Nəcəfov, Elmir Abbasov, Nicat Əhmədov, Aftandil Abazov, Ramal Paşayev, Azər Yadullayev, Əfqan Nəzərov, Orxan İsmayılov və Nasir Vələdov tutulublar.

Adları sadalanan şəxslər Binəqədi və paytaxtın digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Bildirilib ki, həmin şəxslərdən külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.5-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı paytaxt sakinləri

Faktlarla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər