14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bir gənci öldürüb, dörd nəfəri yaralayan şəxs özünü güllələyib - Foto
Tarix: 25-01-2022 09:55 | Bölmə: Cəmiyyət
Bir gənci öldürüb, dörd nəfəri yaralayan şəxs özünü güllələyib

Almaniyanın Geydelberq şəhərindəki universitetdə tələbələrə atəş açmaqda şübhəli bilinən şəxs özünü öldürüb.

Reyting.az
Rusiyanın xəbər saytlarına istinadla xəbər verir ki, bu məlumatı Mangeym federal torpağın polis idarəsindən veriblər. Hüquq-mühafizə orqanının nümayəndəsinin sözlərinə görə, qanlı hadisəni tərədən cinayətkar mühazirə zalını tərk etdikdən sonra, əlindəki silahla özünü güllələyib. Polis rəisi Ziqfrid Kolmarın açıqlamasına görə, hadisəni törədən həmin universitetin tələbəsi, 18 yaşlı Almaniya vətəndaşıdır. Onun bu hərəkətinin motivləri barədə hələlik istintaqa heç nə məlum deyil. Universitetə “hücumdan” əvvəl cinayətkar WhatsApp-da bir tanışına məlumat göndəribmiş. O, məktubunda “insanları cəzalandırmaq” istədiyini və meyitinin yandırılaraq, dənizə səpilməsini arzulayıb. Hazırda istintaq qanlı cinayətin törədildiyi ikilülə tüfəngin və digər silahın mənşəyini öyrənməklə məşğuldur. Qatilin bu silahları hansı ölkədən aldığı dəqiqləşdirilir.

Xatırladaq ki, Geydelberq universitetində odlu silahdan açılan atəş nəticəsində 23 yaşlı tələbə qız xəstəxanada dünyasını dəyişib, dörd nəfər isə yaralanıb.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}