Orfoqrafiya lüğətinin təkrar nəşrinə hazırlıq gedir
Tarix: 25-01-2022 10:51 | Bölmə: Cəmiyyət
Orfoqrafiya lüğətinin təkrar nəşrinə hazırlıq gedir

Azərbaycan dilinin orfoqrafiya lüğətinin yenidən tərtibatı ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.

Bildirilib ki, lüğət müasir informasiya texnologiyalarının imkanlardan istifadə edilməklə hazırlanacaq.

"Təbii ki, lüğət hazırlamaq elə də asan məsələ deyil. Biz tam sanballı və qüsursuz lüğətin ərsəyə gəlməsinə nail olacağıq", - institutdan qeyd olunub.

Xatırladaq ki, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər