Respublika Reabilitasiya Mərkəzi koronavirusa görə bağlanıb
Tarix: 25-01-2022 13:46 | Bölmə: Cəmiyyət
Respublika Reabilitasiya Mərkəzi koronavirusa görə bağlanıb

Bakıda əlillərin müalicə aldığı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzi koronavirusa görə bağlanıb.

Məlumata görə, son günlər müəssisədə müalicə alan bir neçə şəxsdə COVID-19 virusu aşkarlanıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, virusun yayılmaması üçün müəssisəyə qəbul yanvarın 31-dək dayandırılıb: "Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq".

Qeyd edək ki, 50 çarpayılıq mərkəzdə əlilliyi olan şəxslər həm stationar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunurlar.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər