“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
Tarix: 25-01-2022 16:49 | Bölmə: Cəmiyyət
“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov komitənin 2022-ci ilin yaz sessiyasında onlayn formatda keçirilən ilk iclasında deyib.

O bildirib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun, ərizə və şikayətlərlə işin təşkili nəzərdə tutulub.

İş planına “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin daxil edildiyini deyən komitə sədri sənədin yüksək səviyyədə hazırlandığını, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyini bildirib.

Komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər