Azərbaycan-İran arasında avtomobil yolu körpüsünün təməli atılıb
Tarix: 25-01-2022 17:38 | Bölmə: Cəmiyyət
Azərbaycan-İran arasında avtomobil yolu körpüsünün təməli atılıb

İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbaycana səfəri çərçivəsində görüşlər bitdikdən sonra Azərbaycan və İran nümayəndə heyətləri İran İslam Respublikasının Astara şəhərinə səfər ediblər.

Reyting.az
xəbər verir ki, ilk öncə Azərbaycan ərazisində Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

Daha sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçiriləcək.

Azərbaycan və İran tərəfi layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlib.

Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}