Peyvənd orqanizmi “omikron”a hazırlayır
Tarix: 26-01-2022 10:21 | Bölmə: Cəmiyyət
Peyvənd orqanizmi “omikron”a hazırlayır

Tanınmış bioloq Tonevitskinin izahına görə, orqanizmi koronavirusun “omikron” ştammı ilə görüşə hazırlamaqdan ötrü peyvənd olduqca vacibdir.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya Strateji Layihələr Mərkəzinin prezidentinin müşaviri, biologiya elmləri namizədi Yevgeni Tonevitski bildirib ki, qısa inkubasiya dövrünə malik “omikron”un koronavirusun ilkin ştammları ilə müqayisədə 50-dən artıq mutasiyası var. Məhz bunun sayəsində virus tez bir zamanda orqanizmdəki hüceyrələrə daxil olur və burada inkubasiya dövrünü qısaldır.

Tanınmış bioloq həmçinin orqanizmin əldə etdiyi immunitetin işini də təsvir edib: “Qumoral və hüceyrə tərkibli immunitet antitelin köməyilə virusu, yaxud onun komponentlərini təcrid etməyə və aktivliyini ləngitməyə qadirdir”.

Mütəxəssisin fikrincə, antitelin orqanizmdə uzun müddət qorunub saxlanmasına baxmayaraq, virusun mutasiyasında öz effektivliyini itirir.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər