Bakıda orta məktəbdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Tarix: 26-01-2022 10:47 | Bölmə: Cəmiyyət
Bakıda orta məktəbdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakıda orta məktəbdən oğurluq edən keçmiş məhkum saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rayon ərazisindəki orta məktəblərdən birinin sinif otağından 2 ədəd noutbuk və printerin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Almyaşev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}