14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb
Tarix: 26-01-2022 11:09 | Bölmə: Cəmiyyət
Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb

Bakıda müəllimi döyən şəxsdən oyuncaq tapança götürülüb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gələn şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}