Nazirlik rəsmisi: "Buster dozanın qəbulu pandemiya dövrünün tələbidir"
Tarix: 26-01-2022 15:38 | Bölmə: Cəmiyyət
Nazirlik rəsmisi: "Buster dozanın qəbulu pandemiya dövrünün tələbidir"

"Buster dozanın qəbulu pandemiya dövrünün tələbidir".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, iki doza vurduran şəxslərin təxminən üçdə bir hissəsi artıq buster dozanı vurdurub: “Bununla da onlar vaksin sertifikatının yararlılıq müddətini artırır və məhdudiyyətlərdən qaçına bilərlər. Əks halda iki doza alanlar immunitet zəiflədiyindən həssas olurlar. Həmin şəxsləri də qapalı məkanlara buraxmaqla infeksiyanı daha sürətlə yayılmasına şərait yaratmış olarıq. Ona görə də müəyyən məhdudiyyətlərin tətbiqi doğru addımdır”.

“Bu gün ölkədə heç bir halda “vaksin yoxdur” kəlməsi işlədilmir. İstənilən şəxs istədiyi vaxt sağlamlığı imkan verdikcə müraciət edir və peyvənd olunur. “Omikron” dalğası dövründə buster dozanın əhəmiyyəti böyükdür. Artım tendensiyası davam edəcək. Bunun qarşısını almaq, insanların xəstəliyi yüngül keçirməsi, eləcə də xəstəxana yatışının az olması üçün üçüncü doza qətiyyətlə tövsiyə edilir”.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər