Axtarışda olan “Hafka”: "Borcumu bu gün ödədim..."
Tarix: 27-01-2022 14:01 | Bölmə: Cəmiyyət
Axtarışda olan “Hafka”: "Borcumu bu gün ödədim..."

Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsinin qərarı ilə iş adamı Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Belə ki, Dövlət Vergi Xidmətindən Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığına görə onun barəsində ittiham elan edilməsi üçün axtarış verilib, eyni zamanda, həbs qətimkan tədbiri seçilib

Maraqlıdır ki, iş adamı axtarışa verilsə də, məsələ ilə bağlı bir qədər əvvəl mediaya açıqlama verib.

O, “Qaynarinfo”ya açıqlamasında bu gün borclarını qaytardığını qeyd edib: “Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: “Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər