Adı "Qırmızı Kitab"a daxil olan balıqları ovlayan 7 nəfərə cinayət işi açılıb
Tarix: 27-01-2022 18:05 | Bölmə: Cəmiyyət
Adı "Qırmızı Kitab"a daxil olan balıqları ovlayan 7 nəfərə cinayət işi açılıb

Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb.

Reyting.az
Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırmalar zamanı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilən balıq və digər su bioresurslarının Xəzər dənizində qanunsuz ovunu edən şəxslərin idarə etdikləri üzmə vasitəsində nərə balıqları aşkar olunduğuna görə 7 nəfər şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib.

Eyni zamanda Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə məxsus özüyeriyən motorlu üzmə vasitəsilərində dəyəri 1 760 və 6 820 manat təşkil edən nərə balıqların aşkar edilməsi faktına görə 2 cinayət işi başlanılaraq aidiyyəti üzrə daxili işlər orqanlarının istintaq qurumlarına göndərilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər