Bakıda oteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub
Tarix: 27-01-2022 17:42 | Bölmə: Cəmiyyət
Bakıda oteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda oteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən Əli Məmmədova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçiirlən prosesdə elan olunub.

Xatırladaq ki, hadisə 2021-ci il iyulun 16-da paytaxtın Nizami rayonunda qeydəa lınıb.

Belə ki, Ə.Məmmədov tanışı Aygün Mirzəyevaya şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı hotellərin birində çoxsaylı bıçaq xəsarətləri yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər