Dövlət Xidmətinin keçmiş rəisinə hökm oxunub: 600 min pul və qiymətli əşyaları müsadirə olunub
Tarix: 28-01-2022 12:13 | Bölmə: Cəmiyyət
Dövlət Xidmətinin keçmiş rəisinə hökm oxunub: 600 min pul və qiymətli əşyaları müsadirə olunub

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökm əsasən, Z. Sultanovun bankda olan 600 min manat nağd pulu, müxtəlif sikkələr, dəyərli əşyaları müsadirə edilib.

Mədəniyyət Nazirliyinin mülki iddiası təmin edilib.(Report)

Xatırladaq ki, prokuror çıxışında Z. Sultanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər