Komitə sədrindən müəllim və valideynlərə çağırış: "Yuxarı sinif şagirdlərinin elə bir yaş dövrüdür ki..."
Tarix: 28-01-2022 14:08 | Bölmə: Cəmiyyət
Komitə sədrindən müəllim və valideynlərə çağırış: "Yuxarı sinif şagirdlərinin elə bir yaş dövrüdür ki..."

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son günlər sosial şəbəkələrdə məktəblərdə şagirdlərin müəllimlərə qarşı hörmətsiz davranışlarını əks etdirən görüntülərə münasibət bildirib.

Oo deyib ki, bu məsələnin görünən tərəfidir.

"Bəlkə də oxşar hadisələr olur və biz bundan xəbər tutmuruq. Yaxud da hadisələr olur və qarşısı dərhal alınır", - Dövlət Komitəsinin sədri vurğulayıb.

B.Muradova müəllim və valideynlərə çağırış edib: "Yuxarı sinif şagirdlərinin elə bir yaş dövrüdür ki, bəlkə də onlar bunu qəhrəmanlıq kimi qəbul edirlər. Burada ailənin, cəmiyyətin, məktəbin və dövlət orqanlarının əlaqəli işi olmalıdır ki, belə hadisələrin qarşısını alaq, baş verdiyi halda onun nəticələrinin daha zərərsiz olması üçün çalışaq. Bu məsələ ilə Təhsil Nazirliyi məşğul olur. Biz də töhfə verməyə çalışırıq. Ümumilikdə bütün qurumlar, ailə və cəmiyyət töhfə verməlidir. Hər kəsin hüququ olduğu kimi vəzifələri də var. Məktəblilərin təhsil müəssisəsində şagird kimi öhdəlikləri var. Valideynlər evdə onların hüququnu başa saldığı kimi öhdəliklərini də anlatmalıdır. Düşünürəm ki, konkret hallarda boşluqlar var və onlar aradan qaldırılmalıdır".




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər