09:33 / 27-06-2025
Qaxda zəlzələ olub
Səfir: "Azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı planı həyata keçiririk"
Tarix: 31-01-2022 12:26 | Bölmə: Cəmiyyət
Səfir: "Azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı planı həyata keçiririk"

“Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə bağlı işçi planımız var və bunu həyata keçiririk”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

“Əgər biz azad edilmiş həmin ərazilərdə iqtisadiyyatı dirçəltmək istəyiriksə, gender məsələləri nəzərə alınmalıdır. Bu, çox vacib məsələdir”, - diplomat vurğulayıb/Report

Səfir deyib ki, bundan sonra da Azərbaycana dəstək göstəriləcək: “Biz ərazilərin minalardan təmizlənməsinə öz töhfəmizi veririk. Bu, çox vacib məsələdir”.




Bölməyə aid digər xəbərlər