Keçmiş icra başçısı məhkəmədə: "Özümü təqsirli bilmirəm"
Tarix: 31-01-2022 14:29 | Bölmə: Cəmiyyət
Keçmiş icra başçısı məhkəmədə: "Özümü təqsirli bilmirəm"

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkmə iclası keçirilib, o, özünü təqsirli bilməyib.

Məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra 22 şahid epizodlar üzrə ifadə veriblər. Onlar məhkəmənin, prokurorun və müdafiəçinin suallarını cavablandırıb.

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib/Report.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər