09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Şəhid qızı məktəb direktoru təyin olunub
Tarix: 01-02-2022 13:03 | Bölmə: Cəmiyyət
Şəhid qızı məktəb direktoru təyin olunub

Təhsil naziri Emin Əmrullayevin 31 yanvar tarixli əmri ilə Qubadlı şəhər B.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəhminə Mehdiyeva Bəhmən qızı həmin məktəbə direktor vəzifəsinə təyin olunub.

Reyting.az
xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Cəsarət Valehov məlumat verib.

O bildirib ki, R. Mehdiyeva direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 45 bal toplayaraq müsahibə mərhələsində uğur qazanıb.

Rəhminə xanımın babası Mehdi Mehdiyev 1989-cu ildə ermənilər tərəfindən faciəli şəkildə qətlə yetirilib. R. Mehdiyevanın atası - Qubadlı rayon 2 nömrəli tam orta məktəbin tarix müəllimi Bəhmən Mehdiyev I Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 26-da Ballıqaya ərazisində şəhid olub.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq