Bakıda COVID-19-a yoluxan hamilələrdən biri üçəm, digəri dördəm dünyaya gətirib - Foto
Tarix: 02-02-2022 10:56 | Bölmə: Cəmiyyət
Bakıda COVID-19-a yoluxan hamilələrdən biri üçəm, digəri dördəm dünyaya gətirib

COVID-19-a yoluxan və vəziyyətləri ağırlaşdığı üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki hamilələrdən biri üçəm, digəri isə dördəm dünyaya gətirib.

Reyting.az
Mərkəzə istinadla bildirir ki, yanvarın 26-da mərkəzə gətirilən 44 yaşlı hamilə qadının vəziyyəti daha da ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib: "Daha sonra həkimlər 30 həftə 6 günlük olan hamiləliyin sonlaşdırılması qərarını alıb və 4 gün sonra yanvarın 31-də qeysəriyyə əməliyyatı ilə üçəmlər dünyaya gəlib. Üçəmlərin hər biri qızdır. Çəkiləri 1 200, 1 180, 755 qram olub. Hazırda onların üçü də küvəzdədir. İkisinin vəziyyəti stabil, birinin vəziyyəti isə ağır olaraq qalır.

31 həftəlik 22 yaşlı hamilə qadın isə fevral ayının 1-də Mərkəzə yerləşdirilib. Onun da vəziyyəti orta-ağır olduğu üçün təcili olaraq əməliyyata alınıb və dördəmləri dünyaya gəlib. Dördəmlərdən üçü qız, biri oğlandır. Onların çəkiləri 1 340, 1 440, 1 250 və 1 300 qram olub. Hazırda ikisinin vəziyyəti sabit, ikisinin vəziyyəti isə ağır olaraq qalır".







Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər