Yevlaxda ermənilərin vaxtı ilə atdığı kasteli bomba partlayıb, ölən var
Tarix: 02-02-2022 11:58 | Bölmə: Cəmiyyət
Yevlaxda ermənilərin vaxtı ilə atdığı kasteli bomba partlayıb, ölən var

Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bombanın partlaması ölümlə nəticələnib.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Aran qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 26 yaşlı İsmayıl Mikayılov qoyun otararkən gördüyü naməlum əşyaya toxunub. O, həmin əşyanın üzərinə çıxıb və qəfildən partlayış baş verib. İ. Mikayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları cəlb olunub.

Ölən şəxsin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}