Daha 261 nəfər müəllim kimi fəaliyyətə başlayıb
Tarix: 02-02-2022 13:25 | Bölmə: Cəmiyyət
Daha 261 nəfər müəllim kimi fəaliyyətə başlayıb

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə yanvar ayı ərzində əlavə yerləşdirmə mərhələsi həyata keçirilib.

Təhsil Nazirliyindən Reyting.az-a verilən xəbərə görə, nəticələrə əsasən, müvafiq vakansiyalara 261 nəfər işə qəbul olunaraq müəllim kimi fəaliyyətə başlamaq imkanı əldə edib.

Cari tarixədək müəllimlərin işə qəbulu müsabiqəsi üzrə işə qəbul olunan namizəd sayı ümumilikdə 9975 nəfər olub.


Qeyd edək ki, əlavə yerləşdirmə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yerinə əsasən həyata keçirilir və tədris ili ərzində vakant yer yarandıqca davam etdiriləcək.




Bölməyə aid digər xəbərlər
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}