Müdafiə Nazirliyinin polkovniki həbs olunub - Yenilənib
Tarix: 21-02-2022 15:05 | Bölmə: Cəmiyyət
Müdafiə Nazirliyinin polkovniki həbs olunub

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Reyting.az
-ın məlumatına görə, M. Qurbanov külli miqdarda mənimsəmədə ittiham edilir.

M. Qurbanov barəsində Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətləri aşma maddələri ilə cinayət işi başlanılıb.

Onun yaxın saatlarda barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılması gözlənilir.

M. Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb.

Qeyd edək ki, M. Qurbanovun saxlanması barədə xəbəri ilk olaraq “Qafqazinfo” saytı yayıb.

***

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən olaraq bildirilib.

***

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.


Məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib. M. Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib/APA.

Qeyd edək ki, M. Qurbanova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.

M. Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər