Fevralın 25-26-da məktəblərdə Xocalıya həsr edilən xüsusi dərslər keçiriləcək
Tarix: 22-02-2022 10:42 | Bölmə: Cəmiyyət
Fevralın 25-26-da məktəblərdə Xocalıya həsr edilən xüsusi dərslər keçiriləcək

Fevralın 25-26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin "Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.

Həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan beynəlxalq tədbirlərin təşkili planlaşdırılıb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər