Qarabağa "Zəfər marşrutları" hansı tarixi yerləri əhatə edəcək?
Tarix: 22-02-2022 11:06 | Bölmə: Cəmiyyət
Qarabağa "Zəfər marşrutları" hansı tarixi yerləri əhatə edəcək?

Ermənilərin torpaqlarımızı işğal edərkən dağıntıya məruz qoyduğu ərazilərimizə "Zəfər marşrutları" konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli-Xocavənd” marşrutları hazırlanıb. “Yolumuz Ağdama” marşrutuna erməni səngərləri və müdafiə istehkamları, üzüm tənəklikləri, Qarabağ xanlarının türbələri və yaşayış evi, Ağdam Cümə Məscidi, Ağdam şəhər mərkəzi, Çörək muzeyi, Ağdam Dram teatrı, Allahverdi Bağırovun qəbri, Qiyaslı kənd məscidi, Şahbulaq qalası, Beşikdağ alban kilsəsi, Xaçınçay su anbarı, Qutlu Musa türbəsi daxildir.

Reyting.az
xəbər verir ki, bunu Dövlət Turizm Agentliyindən bildiriblər.

“Füzuli-Xocavənd” marşrutu Füzulinin məhv edilmiş üzümlükləri və dağıdılmış kəndləri, hərbi istehkamlar və mökəmləndirilmiş mövqelər, Köndələncay su anbarı, Füzuli rayon mərkəzi, Tuğ kəndi, Azıx və Tağlar mağaraları, Hadrut, döyüş bölgəsi olmuş qaya və panoramik görüntü, Qarğabazar karvansarayını əhatə edir.

Turların təşkilolunma tarixi hələki dəqiq məlum deyil.(Trend)




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər