Summativ qiymətləndirmə zamanı müəyyən güzəştlər edilə bilər
Tarix: 22-02-2022 11:52 | Bölmə: Cəmiyyət
Summativ qiymətləndirmə zamanı müəyyən güzəştlər edilə bilər

Şagirdlərin summativ qiymətləndirməsi zamanı müəyyən güzəştlərin tətbiq olunub-olunmayacağına aydınlıq gətirilib.

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev APA-ya açıqlamasında bildirib ki, pandemiyanın təsiri danılmazdır:

"Buna görə də, ola bilsin qiymətləndirmə zamanı sualların səviyyəsi və sayında müəyyən güzəştlər edilsin. Məktəblərdə əyani tədris bərpa olunandan bu yana dərslər fasiləsiz keçirilir. Əmin ola bilərsiniz ki, məktəblər koronavirusa görə, distant təhsilə keçsə belə şagirdlər dərsləri onlayn qaydada keçiblər. Belə olanda müəllimlərə imkan yaranır ki, şagirdlər dərsə geri qayıtdıqda əlavə dərslər keçsinlər və əskik olan mövzuları tamamlasınlar".

F. Qarayev deyib ki, təbii ki, pandemiyanın təsiri də danılmazdır:

Müəllimlərimiz də bunu nəzərə alır. Ümumilikdə, şagird və valideynlər illik biliklərin düzgün şəkildə qiymətlərilməsində maraqlıdırlar. Ona görə kortəbii güzəştin şagirdə, valideynə və cəmiyyətə xeyir verəcəyini hesab etmirəm" - o deyib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər