AzTV-nin redaktoru partiya sədrinə yumruq atıb - Video
Tarix: 23-02-2022 00:04 | Bölmə: Cəmiyyət
AzTV-nin redaktoru partiya sədrinə yumruq atıb

"Yeni Müsavat"ın canlı yayımında Rauf Arifoğlunun aparıcısı olduğu verilişində partiya sədri döyülüb.

Reyting.az
 xəbər verir ki,  canlı yayımda AzTV-nin redaktoru, politoloq Tofiq Abbaslı Azərbaycan Xalq Partiyasının sədri  Pənah Hüseynlə əvvəl bir-birinə replika atıblar.

Sonra Tofiq Abbaslı qəfildən ayağa qalxaraq, Pənah Hüseynin sifət nahiyəsinə yüngül zərbə endirib, daha sonra tərəflər yaxa-yaxa dartışıblar.

Onları operatorlar ayırıb.

Baş verən hadisə ilə bağlı açıqlama verən Pənah Hüseyn deyib ki, mübahisə Tofiq Abbasovun Türkiyəyə 32 dəfə, Moskvaya yalnız 1 dəfə getməsi ilə bağlı replikasından başlayıb:

"Bəlkə də, o demək istəyirdi ki, balans olmalı idi. Mən də bu məsələyə reaksiya verdim. Gərək belə hallar verilişdə olmasın. Uşaqlıqdan belə şeylər baş verir. Mən demirəm ki, xüsusi peşmançılığım var. Sadəcə, gərək, olmayaydı. Hər halda, yaşımız da o yaş deyil".

Onu da qeyd edək ki, verilişdə Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edib.





Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər