Vəfat edən sabiq icra başçısının cinayət işinə xitam verilib
Tarix: 23-02-2022 10:39 | Bölmə: Cəmiyyət
Vəfat edən sabiq icra başçısının cinayət işinə xitam verilib

Ağstafa rayonunun həbsdə vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə verilən apellyasiya şikayətinə baxılıb.

Reyting.az
-ın məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hüquqi varis kimi sabiq icra başçısının qardaşı Cəlaləddin Quliyev iştirak edib.

Məhkəmədə qərar qəbul edilib.

Qərara əsasən, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Həmçinin onun əmlakları üzərinə qoyulan həbs götürülüb.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Nizaməddin Quliyev 9 il, onun müavini olmuş Ramiz Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti ( DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu.(APA)




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər