Qarabağda könüllü döyüşənlərə niyə veteran statusu verilmir? - Açıqlama
Tarix: 23-02-2022 12:32 | Bölmə: Cəmiyyət
Qarabağda könüllü döyüşənlərə niyə veteran statusu verilmir?

"Mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanıla bilər. Hesab edirəm ki, proses qısa müddətdə yekunlaşacaq".

Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu günə qədər 6 qurum üzrə "Müharibə veteranı" statusu təyin edilib: "Onlara aylıq təqaüdün verilməsinə başlanılıb. Bu ay ərzində Müdafiə Nazirliyinin şəxslərin siyahısını verməsi gözlənilir. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır. Statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır".

Sahil Babayev 44 günlük Vətən müharibəsində könüllü iştirak edənlərə “Müharibə veteranı” statusunun verilməməsi iddialarına aydınlıq gətirib.

Bildirib ki, burada hər hansı könüllü və ya qeyri könüllü kateqoriyası yoxdur.

Onun sözlərinə görə, "Müharibə veteranı" statusu veriləcək şəxslərin konkret kateqoriyaları var və bu, normativ hüquqi aktlarla təsbit edilib: "Həmin şəxslərin “Müharibə veteranı” statusunu müəyyən edən xidmət keçdiyi və ya işlədiyi qurumdur. Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir"/Report.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər