09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Sabahın hava proqnozu açıqlanıb
Tarix: 23-02-2022 12:50 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Fevralın 24-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman, səhər çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq