Nazirliyin keçmiş vəzifəli şəxsinə elektron qolbaq taxılıb
Tarix: 23-02-2022 18:13 | Bölmə: Cəmiyyət
Nazirliyin keçmiş vəzifəli şəxsinə elektron qolbaq taxılıb

Şəki Apellyasiya Məhkəməsi Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki rаyоn Məşğulluq Mərkəzinin sabiq direktоru Elçin Salamovla bağlı qərar elan edib.

Məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası dəyişdirilmədən saxlanılıb.

İttiham aktına görə, E.Salamov 2006-2019-cu illər arasında Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki rаyоn Məşğulluq Mərkəzinin direktоru vəzifəsində işləyib.

O, işlədiyi müddət ərzində Şəki rаyоn Məşğulluq Mərkəzinə ayrılmış pulları mənimsəyib.

E.Salamovun barəsində Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Şəki Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib/Report.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər