İƏT-də Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib
Tarix: 24-02-2022 16:49 | Bölmə: Cəmiyyət
İƏT-də Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib.

Bu barədə İƏT-in bəyanatında deyilir.

“Azərbaycan Respublikasının Xocalı şəhərində törədilmiş soyqırımın 30-cu ildönümü münasibətilə İƏT Baş katibi Hiseyn Brahim Taha 1992-ci ildə baş vermiş vəhşiliyin qurbanlarının xatirəsini yad edib" - bəyanatda qeyd olunub.

İƏT Baş katibi Xocalı hadisələrinin Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğal etməsinin nəticəsində baş verdiyini bir daha qeyd edib. O, 2013-cü ildə Qahirədə keçirilmiş İslam sammitinin 12-ci sessiyasında qəbul edilmiş Yekun kommunikeyə (17-ci bənd) və 2020-ci ildə Niame şəhərində keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı 51/47-POL saylı Qətnaməyə istinad edib. Bu sənədlərdə işğal edilmiş Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlər hərbi cinayət, bəşəriyyətə qarşı cinayət və milli və beynəlxalq səviyyələrdə soyqırım kimi qəbul edilir.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər