Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb
Tarix: 25-02-2022 11:04 | Bölmə: Cəmiyyət
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb

Yevlaxda özünü jurnalist kimi təqdim edərək vətəndaşlara hədə-qorxu gələn şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R. Məmmədova hədə-qorxu gələrək 15.000 manat tələb etməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri E. Misirxanovaya və G. Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6.000 manat tələb etmələri də müəyyənləşib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.

Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Reyting.az





Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər