09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Musiqi müəllimlərinin işə qəbulu imtahanlarını DİM keçirəcək
Tarix: 25-02-2022 15:48 | Bölmə: Cəmiyyət
Musiqi müəllimlərinin işə qəbulu imtahanlarını DİM keçirəcək

“Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəblərinə müəllimlərin işə qəbulu imtahanlarının Dövlət İmtahan Mərkəzinin keçirməsi ilə bağlı müraciət daxil olub”.

Reyting.az
xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

DİM sədri deyib ki, Nazirlik bununla bağlı Mərkəzə sifariş göndərib:

"Hazırda işçi qrupu yaradılıb. Müzakirələr aparılır. Texniki tələblər göndərilib və tərəfimizdən layihə hazırlanır. Baza da yaradılıb və yekun razılaşmadan sonra müqavilə imzalanarsa, imtahanları keçirə bilərik", – o qeyd edib.(APA)




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq