Daxili İşlər Nazirliyindən parklanma ilə bağlı - Açıqlama
Tarix: 25-02-2022 17:05 | Bölmə: Cəmiyyət
Daxili İşlər Nazirliyindən parklanma ilə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi (DİN) parklanma ilə bağlı məsələlərə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin, parklanma xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir:

"Dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi məqsədilə neqativ hallar polis əməkdaşları tərəfindən aradan qaldırılır. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində qanunsuz parklanma ilə bağlı sistemli mübarizə aparılır.

Paytaxt ərazisində bu sahədə neqativ halların aradan qaldırılması – parklanma, tıxac və digər qanunsuz fəaliyyətlə bağlı işçi qrupları tərəfindən tədbirlər görülür. Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində yaradılacaq yeni publik hüquqi şəxs, başqa sözlə, ixtisaslı qurum tərəfindən fəaliyyət təşkil olunacaq.

Həmin qurumun səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq stukturu ilə birgə işlər aparılmaqla, nəqliyyat sahəsində idarəetmə tam tənzimlənəcək".




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər