Təhsil Nazirliyinin ərazi maliyyə mərkəzləri ləğv edilir
Tarix: 26-02-2022 09:16 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyinin ərazi maliyyə mərkəzləri ləğv edilir

Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri ləğv edilir.

Reyting.az
-ın xəbərinə görə, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ərazi maliyyə hesablaşma mərkəzlərinin rəhbərlərinə tapşırılıb ki, mərkəzlərin ləğvi ilə əlaqədar mərkəzlərin rəhbərləri, onların müavinləri, müvafiq şəhər və rayon üzrə aparıcı məsləhətçilərindən ibarət işçi komissiyaları yaradılılmalı və 3 ay müddətində ləğvetmə prosesinin yekunlaşdırılması təmin edilməlidir.

Qeyd edilib ki, regional təhsil idarələri rayon və şəhər təhsil şöbələrinin və ərazi maliyyə hesablaşma mərkəzlərinin hüquqi varisidir və həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada idarələrə keçir.(APA)




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər