09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq
Tarix: 26-02-2022 12:43 | Bölmə: Cəmiyyət
Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq

Fevralın 27-nə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var, şimal-qərb küləyi əsəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 4-7° isti, gündüz 10-14° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq