Tender elanı: YouTube videoların hazırlanması
Tarix: 29-01-2021 14:04 | Bölmə: Cəmiyyət
Tender elanı: YouTube videoların hazırlanması

Tender Elanı

YouTube Videoların Hazırlanması


Elan: YouTube Videoların Hazırlanması

Layihə: Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı

Tapşırıq: Layihə çərçivəsində 6 (altı) YouTube videosunun hazırlanması

Layihə haqqında

“Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı layihə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən Avropa Birliyinin Bakı nümayəndəliyinin maliyyə dəstəyi ilə icra olunmaqdadır.

Tapşırıq:

6 (altı) YouTube videosunun hazırlanması

Texniki Göstəricilər:

YouTube videolar aşağıdakı texniki göstəricilərə cavab verməlidir:

- Xarici fon effektlərindən istifadə edilməli;

- Ən azı 1 (bir) ekspertin rəyi öyrənilməli;

- Orta hesabla 3-5 dəqiqə müddətində olmalı;

- Videolarda mövzu ilə bağlı görüntülərdən istifadə olunması.

Tenderdə iştirak etmək üçün tələblər:

- Bu sahədə təcrübəyə malik olduğunu nümayiş etdirən arayış;

- VEÖN-nin və Nizamnamənin surəti (Hüquqi şəxslər üçün);

- Videoların hazırlanması ilə bağlı smeta təklifi

Müraciət:

Maraqlanan hüquqi və fiziki şəxslər öz təkliflərini [email protected] email ünvanına 26 Fevral 2021-ci ilədək təqdim edə bilərlər.

Layihə Avropa İttifaqı Tərəfindən Maliyyələşdirilir




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq