Tender elanı: fermerlər üçün yerli nəqliyyat xidməti
Tarix: 29-05-2021 14:36 | Bölmə: Cəmiyyət
Tender elanı: fermerlər üçün yerli nəqliyyat xidməti

Tender Elanı

Fermerlər Üçün Yerli Nəqliyyat Xidməti

Elan:
Fermerlər Üçün Yerli Nəqliyyat Xidməti

Layihə: Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı

Tapşırıq: Layihə çərçivəsində fermerlərin təlimlərdə iştirakının təmin edilməsi üçün nəqliyyat xidmətinin həyata keçirilməsi

Layihə haqqında

“Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı layihə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən Avropa Birliyinin Bakı nümayəndəliyinin maliyyə dəstəyi ilə icra olunur.

Texniki Göstəricilər:

fermerlərin təlimlərdə iştirakının təmin edilməsi üçün nəqliyyat xidmətinin həyata keçirilməsi aşağıdakı texniki göstəricilərə cavab verməlidir:

- Layihə çərçivəsində təlimlər keçirilən rayonların (Şamaxı, Qobustan, Ağsu və İsmayıllı) kəndlərindən fermerlərin təlimlərdə iştirakını təmin edilməsi;

- Öncədən müəyyənləşdirilmiş zamanda səfərlərin təşkili;

- Fermerlər üçün uyğun və rahat avtomobil nəqliyyat vasitəsi ilə səfərlərin təşkili;

- Avtomobildə (və ya avtomobillərdə) ciddi təmizlik və digər gigenik qaydalara əməl edilməsi;

- Zaman ilə bağlı tələblərə ciddi əməl edilməsi.

Tenderdə iştirak etmək üçün tələblər:

- Bu sahədə təcrübəyə malik olduğunu nümayiş etdirən arayış;

- VEÖN-nin və Nizamnamənin surəti (hüquqi şəxslər üçün);

- Xidmətin həyata keçirilməsi ilə bağlı smeta təklifi

Müraciət:

Maraqlanan hüquqi və fiziki şəxslər öz təkliflərini info@cesd.az email ünvanına 29 İyun 2021-ci ilədək təqdim edə bilərlər.

Layihə Avropa İttifaqı Tərəfindən Maliyyələşdirilir




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}