Tender elanı: qida festivallarının təşkili üçün tapşırıq
Tarix: 02-05-2021 11:24 | Bölmə: Cəmiyyət
Tender elanı: qida festivallarının təşkili üçün tapşırıq

Tender Elanı

Qida Festivallarının Təşkili Üçün Tapşırıq

Elan: Qida Festifallarının Təşkili

Layihə: Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı

Tapşırıq: Qida Festivallarının Təşkili

Layihə haqqında

“Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı layihə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən Avropa Birliyinin Bakı nümayəndəliyinin maliyyə dəstəyi ilə icra olunmaqdadır.

Tapşırıq:

Qida Festivallarının Təşkili

Texniki Göstəricilər:

Qida Festivallarının təşkili aşağıdakl texniki göstəricilərə cavab verməlidir:

- Festivalda nümayiş etdirilən qidalar üçün ayrıca stendlərin hazırlanması;

- Qidaların sifariş edilməsi və çatdırılması;

- Açılış və müzakirələr üçün xüsusi yerlərin nəzərdə tutulması;

- Festivalda iştirak edən fermerlər üçün xüsusi stendlerin təqdim olunması;

- Fermerlərin stendləri arasında məsafənin gözlənilməsi və keçid imkanlarının gözlənilməsi;

- Müasir standartlara uyğun dizayn verilməsi;

- İşıqlandırma və lazım olarsa havalandırma sisteminin təmini.

Tenderdə iştirak etmək üçün tələblər:

- Bu sahədə təcrübəyə malik olduğunu nümayiş etdirən arayış;

- VEÖN-nin və Nizamnamənin surəti (Hüquqi şəxslər üçün);

- Tədbirlərin keçirilməsi ilə bağlı smeta təklifi

Müraciət:

Maraqlanan hüquqi və fiziki şəxslər öz təkliflərini info@cesd.az email ünvanına 02 İyun 2021-ci ilədək təqdim edə bilərlər.

Layihə Avropa İttifaqı Tərəfindən Maliyyələşdirilir





Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}