Baş prokuror: "Saxlanılan şəxslər istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir"
Tarix: 24-11-2022 17:20 | Bölmə: Cəmiyyət
Baş prokuror: "Saxlanılan şəxslər istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir"

Baş prokuror Kamran Əliyev ölkədə saxlanılan şəxslərə işgəncə verilməsi ilə bağlı iddialara münasibət bildirib.

O, bu barədə Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında danışıb.

Baş prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslər, əsasən, məhkəmə istintaqı zamanı işgəncə faktları ilə bağlı ifadələr verirlər:

"Adətən narkotik işlərində saxlanılan şəxslər saxlanıldıqları və ya istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir. Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq məqsədilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər