Sabah Bakıda və rayonlarda yağış yağacaq
Tarix: 28-11-2022 12:54 | Bölmə: Cəmiyyət
Sabah Bakıda və rayonlarda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Reyting.az
xəbər verir ki, sabah şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}