14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Yağışlı hava davam edəcək - Xəbərdarlıq
Tarix: 01-12-2022 13:26 | Bölmə: Cəmiyyət
Yağışlı hava davam edəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək. Havanın temperaturu 2-3 ° aşağı enərək, 5-8° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək.

Havanın temperaturu 2-3° aşağı enərək, aran rayonlarında 7-12° isti, dağlıq rayonlarda 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}