21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Deputat: "Sənədsiz evlər sənədləşdirilməlidir"
Tarix: 17-03-2023 13:05 | Bölmə: Cəmiyyət
Deputat: "Sənədsiz evlər sənədləşdirilməlidir"

"Hökumət sənədsiz evləri qeydiyyata almalıdır".

Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, bu gün müvafiq icazə olmadan tikilən sənədsiz fərdi yaşayış evlərinin sayının 500 mindən çox olduğu bildirilir:

"Bu problem illərdir Milli Məclisdə qaldırılır, hökumət müxtəlif qərarlar verib, dövlət başçısının tapşırıqları olub. Ancaq problem ölü nöqtədən tərpənmir. Nəticə etibarilə problemin vaxtında və əsaslı həll edilməməsi yeni problemlər yaradır. Sənədsiz evlər sənədsiz məhəllələrə, sənədsiz məhəllələr isə sənədsiz qəsəbələrə çevrilir. Bu ərazilərdə yaşayan on minlərlə insanın qazlaşdırma, su-kanalizasiya, uşaq bağçası, məktəb, xəstəxana, aptek, ictimai nəqliyyat və s. ehtiyacları qarşılana bilmir. Eyni zamanda vətəndaşlar qeydiyyatda olmadıqlarına görə seçki hüquqlarından istifadə edə bilmirlər. Hökumətdən xahiş edirəm ki, bu məsələnin qısa zamanda həlli üçün tapşırıq versin və prosesi nəzarətə götürsün”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər