Quranı yandıran hərbçini əsir götürənə 10 milyon mükafat veriləcək
Tarix: 17-03-2023 21:29 | Bölmə: Cəmiyyət
Quranı yandıran hərbçini əsir götürənə 10 milyon mükafat veriləcək
R. Kadırov

Çeçenistan rəhbəri Ramzan Kadırov İsveçdə Quranın yandırılması aktına yenidən münasibət bildirib. Reyting.az-ın məlumatına görə, R. Kadırov Telegram-kanalında yazıb ki, bu cinayətdə iştirak etmiş Ukraynanın Silahlı Qüvvələrinin hərbçisini sağ-salamat əsir götürən şəxsə on milyon rubl mükafat verməyə hazırdır.

Çeçenistan prezidenti həmin hərbçinin məhv edilməsinə görə də mükafat vəd edib: beş milyon rubl!

R. Kadırov qeyd edib ki, bu nə vaxt baş versə - bu gün, sabah, bir ildən sonra – həmin şəxsə pul verəcək. Bunu kimin etməsinin isə fərqi yoxdur: taqım, qrup və s.

Qeyd edək ki, Kadırov bir müddət əvvəl Qurana hörmətsizlik edən hərbçilərin cəzalandırılmasının vacibliyini bildirmişdi.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}