21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bankdan 316 min manat və 32 min dollar oğurlanıb
Tarix: 19-03-2023 11:33 | Bölmə: Cəmiyyət
Bankdan 316 min manat və 32 min dollar oğurlanıb

Müştərilərin "BTB Bank" ASC-dəki depozit otağına yerləşdirdiyi 316 min manat və 32 min ABŞ dolları oğurlanıb.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, hadisə martın 17-si saat 18:00 radələrində paytaxtın Xətai rayonu, Y. Səfərov küçəsi 21 saylı ünvanda yerləşən ofisdə qeydə alınıb.

1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviç və 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviçin "BTB Bank"ın müştərilərinin depozit otağından 316 manat və 32 min ABŞ dolları məbləğində nağd pulu oğurlamaqda şübhəli bilinirlər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər