Praqa ukraynalı yarım milyon qaçqına sığınacaq ayırıb
Tarix: 28-03-2023 08:18 | Bölmə: Cəmiyyət
Praqa ukraynalı yarım milyon qaçqına sığınacaq ayırıb

Çexiya 2022-ci ilin fevralından bugünədək 500 mindən çox ukraynalı qaçqına viza verib.

Reyting.az
irozhlas.cz xəbər portalına istinadla xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi bildirib.

Portalın yaydığı xəbərdə həmçinin qeyd olunur ki, son bir ildə yarım milyondan çox ukraynalıya respublikada müvəqqəti yaşayış hüququnu təmin edən vizalar verilib ki, bu da hər həftə orta hesabla 2 100 viza deməkdir.

Məlumatda o da vurğulanır ki, bu statusu əldə edən ukraynalıların bir çoxu Çexiyada özlərinə iş tapıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}